Kontentə keç

Müjdəni bəyan edin!

Yehovanın Şahidlərinin regional toplantısı 2024

Giriş sərbəstdir Pul yığılmır

İcmal

Cümə. Görün «Müjdə»lərdə İsa Məsih haqda yazılanlar onun həyatı barədə olan məlumatın dəqiq olduğunu necə sübut edir. Bu Müqəddəs Kitab hadisələrinin bizə hansı faydası olduğunu öyrənin.

Şənbə. İsanın dünyaya gəlməsi, eləcə də uşaqlıq çağı ilə bağlı hansı peyğəmbərliklər olunub və onlar necə yerinə yetib?

Bazar. «Biz pis xəbərlərdən qorxmuruq» adlı Müqəddəs Kitaba əsaslanan nitqdən bu gün dünyadakı vəziyyətin pisləşməsinə baxmayaraq, milyonlarla insanın nəyə görə özünü təhlükəsizlikdə hiss etdiyini və gələcəyə əminliklə baxdığını öyrənəcəyik.

Film

«İsa Məsihin xidməti». I bölmə

«Dünyaya saçan həqiqi nur»

İsanın möcüzəvi şəkildə doğulması onun uşaqlığına dair deyilmiş bir çox maraqlı hadisələrdən birincisi idi. Amansız padşah onu öldürtmək istəyəndə valideynləri onu Misirə qaçırdılar. Daha sonra o öz dövründəki bir çox böyük müəllimləri zəkası ilə təəccübləndirdi. Cümə və şənbə günü nümayiş olunacaq ikihissəli bölümdə bu və digər səhnələri izləyəcəyik.

Builki toplantı ilə bağlı aşağıdakı videolara baxın

«Toplantılarımız necə keçirilir?»

Görün Yehovanın Şahidlərinin toplantıları necə keçirilir.

«Yehovanın Şahidlərinin regional toplantısı 2024: Müjdəni bəyan edin!»

Builki toplantının proqramına göz gəzdirin.

«Filmin treyleri: İsa Məsihin xidməti».

Çoxları İsanın möcüzəvi şəkildə doğulmasından xəbərdardır. Bəs bu həyəcanverici hadisədən əvvəl və sonra nələr baş vermişdi?