Kontentə keç

Mündəricatı göstər

Əsl sevgi

Əsl sevgi

Yüklə:

  1. 1. Sevgi bir pay, Tanrı neməti,

    Fəth eylədi o ürəkləri.

    Bir vuran zaman iki ürək,

    Qatılar həyata bir bəzək.

    NƏQARƏT

    Üçqat iplə daim məhəbbət güclənər.

    Sevginin sirri

    Ondadır.

    Hər işdə Rəbb Yehova bizi yönəldər.

    Nə xoşbəxtəm tapdım sevgini

    Səninlə birgə,

    Səninlə birgə.

  2. 2. Nə olsa da bitməz,

    Məhəbbət alovu heç sönməz.

    Sarıldıq möhkəm sevgi bağıyla,

    Bu bağı ayıra bilməz əsla

    Heç kim, heç nə.

    NƏQARƏT

    Üçqat iplə daim məhəbbət güclənər.

    Sevginin sirri

    Ondadır.

    Hər işdə Rəbb Yehova bizi yönəldər.

    Nə xoşbəxtəm tapdım sevgini

    Səninlə birgə,

    Səninlə birgə.

    KEÇİD

    Paydır bu, Rəbdən bizə,

    Heç vaxt kölgə düşməz bu sevgimizə.

    Sevgi, sədaqət ölüm qədər möhkəm,

    Bir bədənik, canım, bağlamışıq peyman.

    Baştacımsan mənim, ey ismətli yarım.

    Bir ömür sevəcəm, sevgilim.

  3. 3. Bilsən, necə sevirəm mən!

    Sən mənim döyünən ürəyimsən.

    Yaxşı ki, varsan sən həyatımda,

    Ömür-gün yoldaşım, şükr edirəm.

    Hər günə.

    NƏQARƏT

    Üçqat iplə daim məhəbbət güclənər.

    Sevginin sirri

    Ondadır.

    Hər işdə Rəbb Yehova bizi yönəldər.

    Nə xoşbəxtəm tapdım sevgini

    Səninlə birgə,

    Səninlə birgə.