Yehovanı nəğmələrdə tərənnüm edin (yeni nəğmələr)

Bu yeni nəğmələrin sədaları altında Yehovaya həmd ucaldın və ibadət edin. Möhtəşəm nəğmələrin sözlərini və musiqisini yükləyib, məşq edin.

NƏĞMƏ 136

Qoy Padşahlığın tez gəlsin!

Bu nəğmədə Yehova Allahın hökmranlığı tərənnüm edilir.

NƏĞMƏ 137

Bizə cəsarət ver

Siz də Yehova Allahdan diləyin ki, Onun ismilə şəhadət vermək üçün sizə cəsarət versin.

NƏĞMƏ 138

Yehovadır ismin

Allaha və Onun uca adına həmd edin.

NƏĞMƏ 139

Onlara mətin olmağı öyrət

Yehova Allahın mömin bəndəsi Ondan diləyir ki, həyat uğrunda yarışda sadiq qalmağa kömək etsin və hifz etsin.

NƏĞMƏ 140

Öncül həyatı

Bu nəğmədə Yehovaya olan vəfalı sevgini, gördüyün işdən və sürdüyün həyat tərzindən duyduğun məmnunluğu ifadə et.

NƏĞMƏ 141

Sülhsevər insanları axtarırıq

İnsanda şövq oyadan bu ruhlandırıcı nəğmə Allaha əziz bəndələri axtarıb tapmaq istəyimiz və onlara olan sevgimiz haqdadır.

NƏĞMƏ 142

Hər cür insana müjdə çatdıraq

Bu nəğmə Yehovanın kəraməti və hər cür insanın Allahla dost olmasına töhfə verməyimiz haqdadır.

NƏĞMƏ 143

Qaranlıq dünyada ümid işığı

Zülmətə qərq olub dünya, amma bir ümid var.

NƏĞMƏ 144

Həyatları xilas edən müjdə

Hələ ki vaxt var, biz Allahın xəbərini bəyan etməliyik.

NƏĞMƏ 145

Təbliğə hazırlaşaq

Evdə oturmaq canrahatılığı ola bilər, amma xidmətə çıxıb uğur qazanmaq üçün köməksiz deyilik.

NƏĞMƏ 146

«Bunu mənim üçün etdiniz»

İsa Məsih məsh olunmuş qardaşlarına göstərilən məhəbbəti və dəstəyi özünə qarşı göstərilmiş kimi qəbul edir.

NƏĞMƏ 147

Allahın məxsusi ümməti

Yehova Öz ruhuyla məsh etdiyi məsh olunmaşları çox dəyərləndirir. Onlar da Yehovanın istəyini icra etməkdən zövq alırlar.

NƏĞMƏ 148

Əziz Oğlunu qurban verdin

Ən dəyərli hədiyyəsinə görə Yehovaya minnətdar olaq. Bu hədiyyə hər həsə ümid verir...

NƏĞMƏ 149

Fidyəyə görə minnətdarıq

Məhəbbətin cahanda ən böyük təzahürü — İsa Məsihin könüllü qurbanlığı — Yehovaya əbədiyyən minnətdar olmağa əsas verir.

NƏĞMƏ 150

Təbliğ işinə can yandıraq

Yehova səni hansı xidmət növündə istifadə etmək istəyirsə, bu xidmət növündə iştirak etməyə hazır olduğunu bildir.

NƏĞMƏ 151

Allahın oğulları aşkara çıxır

Biz böyük səbirsizliklə Yehovanın Məsihin qardaşlarını göyə qaldıracağı anı gözləyirik. İsa Məsihin qardaşları göydə onunla birlikdə qələbə sevincini dadacaq və alacağı mükafata şərik olacaqlar.

NƏĞMƏ 152

Yehova gücümüz, ümidimiz, tək güvənc yerimiz

Narahatçılıqlar qorxuya səbəb olur, amma Allah bizə güc verə bilər, ümid və güvənc yerimiz ola bilər.

NƏĞMƏ 153

Nə hiss edirsən sən?

Layiqli kəsi tapanda hansı hissləri keçirirsən?

NƏĞMƏ 154

Dözüm göstərəcəyik

Bu nəğmə çətin anda dözüm göstərməyə və sona qədər Yehovaya sədaqətlə xidmət etməyə kömək edəcək.