Kontentə keç

Müqəddəs Kitabla bağlı videolar. Əsas təlimlər

Bu qısa videodərslərdə vacib Müqəddəs Kitab suallarına cavab verilir. Məsələn: Allah yer kürəsini nə üçün yaradıb? Ölülər hansı vəziyyətdədir? Allah əzablara nə üçün yol verir?

Kainat yaradılış məhsuludur?

Müqəddəs Kitabda yazılanları çox vaxt səhv başa düşürlər, ya da əfsanə kimi qəbul edirlər. Bəs Müqəddəs Kitabda yazılanlar ağlabatandır?

Yaradanın varlığına inanırsınız?

Allahın var olduğunu sübut edən məntiqli dəlillərə nəzər salın.

Allahın adı varmı?

Allaha müxtəlif sifətlərlə müraciət olunur, məsələn, Qüdrət Sahibi, Yaradan, Ağa. Amma Onun tək bir adı var. Bu ad Müqəddəs Kitabda təxminən 7000 dəfə yazılıb.

Allahla dost olmaq mümkündür?

Bütün dövrlərdə insanlarda Yaradanı tanımaq istəyi olub. Müqəddəs Kitab bizə Allahla dost olmağa kömək edə bilər. Bunun üçün biz ilk növbədə Onun adını bilməliyik.

Müqəddəs Kitabın müəllifi kimdir?

Əgər onu insanlar yazıbsa, onda niyə o, «Allahın sözü» adlanır? Müqəddəs Kitabda kimin fikirləri qələmə alınıb?

Müqəddəs Kitabın doğruluğuna necə əmin ola bilərik?

Müqəddəs Kitabın müəllifi Allahdırsa, o, digər kitablardan fərqlənməlidir.

Allah Yer kürəsini nəyə görə yaradıb?

Dünyamız heyrətamiz gözəlliklərlə doludur. O, Yer kürəsini Günəşdən ən uyğun məsafədə yerləşdirib və onun üçün ən müvafiq fırlanma sürəti təyin edib. Bəs nəyə görə Allah Yer kürəsinin əsrarəngiz olması üçün bu qədər çalışıb?

Həyatın mənası nədir?

Əsl xoşbəxtliyin və həyatın mənasının sirrini tapın.

Allahın Kəlamı ölülər haqda nə deyir?

Müqəddəs Kitab vəd edir: elə bir vaxt gələcək ki, İlazər kimi ölüm yuxusuna gedən bütün insanlar diriləcəklər.

Cəhənnəm var?

Müqəddəs Kitabda deyilir ki, «Allah məhəbbətdir», ona görə də O, keçmiş səhvlərinə görə insanlara işgəncə vermir.

İsa Məsih Allahdır?

İsa Məsih Allahdır, yoxsa ayrıca şəxsiyyətdir?

Allah İsa peyğəmbərin ölümünə nə üçün yol verdi?

Bəlkə də, eşitmisiniz ki, o bizim günahlarımız yumaq üçün ölüb. Bəs bir şəxsin ölümü milyonlarla insanın günahını necə yuya bilər?

Allahın Padşahlığı

İsa Məsih yer üzündəki xidməti zamanı ən çox Allahın Padşahlığı haqda öyrədirdi. Əsrlər boyu onun davamçıları bu Padşahlığın gəlməsi üçün dua ediblər.

Allahın Padşahlığı 1914-cü ildə qurulub

Təxminən 2600 il bundan əvvəl Allah qüdrətli bir padşaha yuxuda görüntü əyan etmişdi. Həmin yuxu bu gün çin çıxır.

1914-cü ildən dünya dəyişib

1914-cü ildən dünyada baş verən hadisələr, insanların xasiyyəti göstərir ki, Müqəddəs Kitabda axırzamanla bağlı deyilən peyğəmbərliklər yerinə yetir.

Təbii fəlakətlər Allahın cəzasıdır?

Görün təbii fəlakətdən zərər çəkən iki şəxs Müqəddəs Kitabdan nələr öyrəniblər.

Nə üçün Allah zülmə son qoymur?

Müqəddəs Kitabda bu sualın qaneedici və təsəlliverici cavabı var.

Bütün ibadət formaları Allaha məqbuldurmu?

Bir çox insanlar düşünürlər ki, hansı dini seçməyin heç bir fərqi yoxdur.

İbadətdə surətlərdən istifadə etmək Allaha məqbuldur?

Surətlər görə bilmədiyimiz Allaha yaxınlaşmağa kömək edə bilər?

Allah hansı duaları qəbul edir?

İnsan öz mənfəəti üçün dua edirsə, evdə həyat yoldaşına pis davranıb növbəti gün Allahdan xeyir-dua istəyirsə, bu cür dualar qəbul olunur?

Allahın nikaha baxışı

Allah ər-arvadları xoşbəxt görmək istəyir. Müqəddəs Kitabdakı məsləhətlər artıq çoxlarına kömək edib.

Pornoqrafiyaya baxmaq Allahın gözündə günahdır?

Müqəddəs Kitabda «pornoqrafiya» sözünə rast gəlinir? Allahın pornoqrafiyaya münasibətini necə öyrənə bilərik?