Kontentə keç

İsa Məsihi «Allah» hesab etmək düzgündürmü?

İsa Məsihi «Allah» hesab etmək düzgündürmü?

Müqəddəs Yazıların cavabı

 İsa peyğəmbərə qarşı çıxanlar onu özünü Allaha tay tutmaqda ittiham edirdilər (İncil, Yəhya 5:18; 10:​30—33). Amma İsa Məsih heç vaxt özünü Allaha bərabər tutmurdu. Əksinə, o demişdir ki, Allah «məndən böyükdür» (İncil, Yəhya 14:28).

 İsanın ən birinci davamçıları da onu Allaha tay tutmurdular. Məsələn, onlardan biri, həvari Pavel yazır ki, İsa Məsih Allahın dərgahına qaldırılanda «Allah onu daha yüksək mövqeyə ucaltdı». Aydın göründüyü kimi o da İsa Məsihin Allah və ya Allaha bərabər bir şəxs olduğunu inanmırdı. Əgər İsa Məsih artıq Allah olsaydı, bundan da yüksək mövqeyə onu necə qaldırmaq olardı? (İncil, Filipililərə 2:9).