Kontentə keç

İri meşə yanğınları Cənubi Koreyanın iki əyalətinin böyük ərazisini külə döndərib

15 MART 2022
CƏNUBİ KOREYA

Meşə yanğınları Cənubi Koreyanın iki əyalətini viran qoyub

Meşə yanğınları Cənubi Koreyanın iki əyalətini viran qoyub

2022-ci il martın 4-ü başlayan meşə yanğınları 23 993 hektar meşə ərazisini külə döndərərək minlərlə insanı evlərini tərk etməyə vadar edib. Bu yanğınların vurduğu ziyan Cənubi Koreyanın tarixində ölkəyə dəymiş ən ağır ziyan hesab edilir.

Bacı-qardaşlara təsiri

  • 44 təbliğçi təxliyə edilib.

  • 1 ev məhv olub.

Yardım işləri

  • Zərərçəkən təbliğçilər müvəqqəti olaraq qohumlarının və dindaşlarının evlərində qalır. Onlar təhlükəsizlikdədir.

  • Bacı-qardaşların qeydinə qalmaq üçün Zərərçəkənlərə yardım komitəsi təyin olunub.

  • Bütün yardım işləri COVID-19 ilə bağlı təhlükəsizlik qaydalarına uyğun görülür.

Yehovaya dua edirik ki, O əsl dost kimi davranaraq dar gündə dindaşlarını darda qoymayan bacı-qardaşların işini avand etsin (Məsəllər 17:17).