Kontentə keç

Tikintidə könüllü kimi xidmət edən bacı-qardaşlarımız Kolumbiya filialının önündə

29 SENTYABR 2023
KOLUMBİYA

Yenicə təmirdən çıxmış Kolumbiya filialına turlar başlanıldı

Yenicə təmirdən çıxmış Kolumbiya filialına turlar başlanıldı

Kolumbiya filialında aparılan əsaslı təmir-bərpa işləri yenicə başa çatıb. Layihə 2019-cu ilin fevral ayında başladı, 2023-cü ilin mart ayında tamamlandı. Avstraliya, Kanada, Çili, Dominikan Respublikası, İngiltərə və Birləşmiş Ştatlardan 200-dən çox bacı-qardaş könüllü kimi bu işdə kömək etdi.

Ana öz oğlu ilə yenicə təmirdən çıxmış Kolumbiya filialını ziyarət edir

2023-cü ilin 1 iyun tarixindən yenilənmiş filiala turlar başlanıldı. COVID-19 pandemiyası vaxtı vəftiz olunmuş Con Rodriqez adlı qardaş ilk dəfə idi filialı ziyarət edirdi. O deyir: «Burada aparılmış işlər Yehovanın məhəbbətini və böyüklüyünü əks etdirir. Belə gözəl təşkilatın bir üzvü olduğuma görə çox şadam». Başqa bir qardaş deyir: «Qardaşlar ən müasir texnologiyalardan və vəsaitlərdən istifadə ediblər. Bu məni heyran qoydu. Burada görülən işlər bir daha sübut edir ki, Yehovanın təşkilatı daima irəli gedir».

Bolqotanın (Kolumbiya) şimal-qərbindən 42 kilometr məsafədə yerləşən filial Kolumbiya və Boliviyadakı teokratik işlərə nəzarət edir. Filialda Kolumbiya, Ekvador, Peru və Venesuela üçün nəşrlər çap edilir. Aparılan təmir-bərpa işləri sayəsində ərazidəki artan tələbatları qarşılamaq daha asan olacaq. Ümumilikdə 350-dən çox yaşayış otağı və ofis təmir olunub və 156 yeni ofis inşa edilib. Üstəlik, yeni siniflər və müşavirə otaqları tikilib və beləcə, Beytel turu indi əvvəlkindən daha böyük ərazini əhatə edir.

Yeni təmirdən çıxmış Kolumbiya filialına 420 nəfərlik auditoriya. Üst şəkil: Qardaşlar auditoriyanı təmir edir

Tikinti komitəsinin koordinatoru Tait Bulays qardaş deyir: «COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, Yehova işimizi avand etdi. Tikinti heyətindəki əsaslı ixtisara rəğmən, könüllülər ilk dəfə gördükləri və ya çox az təcrübələri olduğu işləri böyük sevincə görürdülər. Allahın qədimdə yaşamış sadiq bəndələri kimi biz də şahid olduq ki, Yehova Öz ruhu vasitəsilə onlara qısa müddətdə işlərinin ustası olmağa kömək etdi».

Əminik ki, yeni təmirdən çıxmış filial bacı-qardaşlara və Müqəddəs Kitabı yenicə öyrənməyə başlayan kəslərə lazımi dəstək göstərəcək (Həvarilərin işləri 1:8).