Kontentə keç

Oryol Vilayət Məhkəməsinin üç nəfərdən ibarət məhkəmə kollegiyası Dennis Kristensenin altıillik həbs cəzasının dəyişilməz saxlanıldığı barədə qərarı elan edir

11 İYUN 2019
RUSİYA

Dennis Kristensenin işi üzrə ərizə Avropa İnsan Hüquqları Məhkəməsinə veriləcək

Dennis Kristensenin işi üzrə ərizə Avropa İnsan Hüquqları Məhkəməsinə veriləcək

Xəbər verildiyi kimi, 23 may 2019-cu il tarixində Oryol Vilayət Məhkəməsi Dennis Kristensenin işi üzrə qərarı dəyişməz saxlayıb. Nəticədə, Dennis Kristensenin altıillik həbs cəzası dəyişməz qalıb. O, iki il məhkəməyəqədər həbsdə saxlanılıb, bu isə Rusiya qanunvericiliyinə görə həbsxanada üçillik cəzaya bərabərdir. Bu səbəbdən, ona təyin edilən cəzanın üç ilini çəkmək qalıb. 6 iyun 2019-cu il tarixində axşam saatlarında Dennis Kristensen cəzaçəkmə müəssisəsinə göndərilib. Dennis Kristensenin cinayət işi üzrə ərizə Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) veriləcək. Onun məhkəməyəqədərki həbsini mübahisələndirən ərizə artıq AİHM-a verilib.

Dennis Kristensenin üzləşdiyi ədalətsizliyə baxmayaraq göstərdiyi dözüm və qəlb rahatlığı bizi heyran edir. Biz əminik ki, Yehova Rusiyada cinayətdə ittiham olunan həm Dennis Kristensenə, həm də digər 200-dən çox Yehovanın Şahidinə dəstək olacaq (Zəbur 27:1).

Dennis Kristensenin 16 may 2019-cu il tarixində Oryol Vilayət Məhkəməsində çıxışı

Dennis Kristensenin 23 may 2019-cu il tarixində Oryol Vilayət Məhkəməsində son sözü