Kontentə keç

Nataliya Voropayeva

22 MAY 2023
RUSİYA

«Qorxmaq təbiidir, amma toparlanıb cəsarətli olmalısan»

«Qorxmaq təbiidir, amma toparlanıb cəsarətli olmalısan»

24 mart 2023-cü ildə Krasnoyarsk Vilayətinin Jeleznodorojnı Rayon Məhkəməsi Nataliya Voropayevanın işi ilə bağlı qərarını elan edib. O, 360 000 rubl (4730 ABŞ dolları) məbləğində cərimə olunub.

Bacı haqqında məlumat

Nataliya kimi biz də cəsarətli ola bilərik. Onda belə deyəcəyik: «Yehova dayağımdır, əsla qorxmaram. İnsan mənə nə edə bilər?!» (İbranilərə 13:6).

Hadisələrin gedişatı

  1. 2017-ci ilin noyabr ayından 2020-ci ilin noyabr ayınadək

    Nəzarət altına alındı və mənzilində axtarış aparıldı. Andrey Stupnikov qardaşın barəsində aparılan istintaqın bir hissəsi kimi sorğu-sual olundu.

  2. 5 sentyabr 2022-ci il

    Cinayət işi açıldı.

  3. 6 sentyabr 2022-ci il

    Başqa yerə getməməklə bağlı iltizam alındı.

  4. 20 oktyabr 2022-ci il

    Barəsində rəsmi ittiham irəli sürüldü.

  5. 27 fevral 2023-cü il

    Cinayət işi üzrə məhkəmə icraatı başladı.

  6. 24 mart 2023-cü il

    360 000 rubl (4730 ABŞ dolları) məbləğində cərimə olundu.