Kontentə keç

Yehovanın Şahidləri dinlərarası fəaliyyətlərə qoşulurlar?

Yehovanın Şahidləri dinlərarası fəaliyyətlərə qoşulurlar?

 Biz — Yehovanın Şahidləri digər dinlərdən olan insanlarla dini söhbət etməyi xoşlayırıq. Ancaq digər dinlərə mənsub insanlarla birgə dinlərarası fəaliyyətə qoşulmuruq. Müqəddəs Kitabda deyilir ki, əsil məsihilər arasında birlik hökm sürür və bunun başlıca səbəbi əqidələrinin bir olmasıdır (Efeslilərə 4:16; 1 Korinflilərə 1:10 Filippililərə 2:2). Söhbət təkcə məhəbbət, şəfqət, bağışlamaq kimi dəyərlərin önəmli olduğu ilə bağlı məsələdə həmfikir olmaqdan getmir. Bizim dinin inanclarımız Müqəddəs Kitabdan öyrəndiyimiz dəqiq biliklərə əsaslanır. Dəqiq biliyə əsaslanmayan iman isə boşdur (Romalılara 10:2, 3).

 Müqəddəs Kitab başqa dinlərə mənsub insanlarla birgə ibadət etməyi nataraz boyunduruq altında olmağa bənzədir, bu cür ibadət məsihinin imanına xətər yetirə bilər (2 Korinflilərə 6:14—17). Bu səbəbdən, İsa Məsih vurğulamışdı ki, onun həvariləri dinlərarası fəaliyyətə qoşulmamalıdırlar (Mətta 12:30; Yəhya 14:6). Həmçinin Allah-Taala Musa peyğəmbər vasitəsi ilə qədim israillilərə verdiyi qanunda qonşu xalqlara qoşulub ibadət etməyi qadağan etmişdi (Çıxış 34:11—14). Daha sonra israillilər digər dinlərdən olan xalqların köməyini qəbul etməmişdi, çünki bu, dini ittifaqa zəmin yaradacaqdı (Üzeyir 4:1—3).

Yehovanın Şahidləri başqa dindən olan insanlarla ünsiyyət edirlər?

 Bəli. Başqa dindən olan insanlarla söhbət etmək bizə xoşdur. Təkcə 2023 ildə insanlara 1 791 490 713 saat dini mövzularda söhbət etmişik. Həvari Bulus kimi, biz də müxtəlif dinlərə mənsub insanların düşüncələrini, baxışlarının anlamağa çalışırıq (1 Korinflilərə 9:19—22). İnsanlarla söhbət vaxtı Müqəddəs Kitabda yazılana uyğun olaraq qarşımızdakı insanlara dərin hörmətlə yanaşmağa önəm veririk (1 Butrus 3:15).