Kontentə keç

Sizdə maaş alan din xadimləri var?

Sizdə maaş alan din xadimləri var?

 İsa peyğəmbərin birinci əsrdəki davamçılarının nümunəsini əsasən, Yehovanın Şahidləri «ruhanilər» və «dünyəvilər» sinfinə bölünmürlər. Bütün vəftiz olmuş üzvlər xidmətçilər hesab olunur və onlar təlim və təbliğ işində iştirak edirlər. Yehovanın Şahidləri hər biri təxminən 100 nəfərdən ibarət olan yığıncaqlardan təşkil olunublar. Ruhani cəhətdən yetkin kişilər yığıncaqda ağsaqqal kimi xidmət edir (İncil, Titus 1:5). Onlar bu işə görə pul almırlar.