Kontentə keç

Nəyə görə ibadət yerinizi kilsə adlandırmırsınız?

Nəyə görə ibadət yerinizi kilsə adlandırmırsınız?

 Yunan termini olan və Müqəddəs Kitabın bəzi tərcümələrində «kilsə» kimi tərcümə edilən söz binaya yox, ibadət üçün toplaşan insanlara aiddir.

 Misal üçün, Həvari Pavel Romadakı məsihçilərə yazanda Akila və Priskillaya salam göndərərək demişdi: «Onların evindəki kilsəyə salam söyləyin» (Romalılara 16:5, Kitabı Mukaddes). Pavel bu sözləri deyərkən fikrində binaya salam göndərmək yox idi. Əksinə, o, həmin evdə toplaşan yığıncağın üzvlərinə salam göndərirdi a.

 Beləliklə, biz ibadət yerimizi kilsə yox, «Padşahlıq zalı» adlandırırıq.

Niyə məhz «Yehovanın Şahidlərinin Padşahlıq zalı»?

 Bunun bir neçə əsaslı səbəbi var:

  •   Yığıncaqlarımızı keçirdiyimiz yer zal və ya görüş yeridir.

  •   Bizim bir yerə yığışmaqda məqsədimiz yerin-göyün Sahibi olan Yehova Allaha ibadət etmək, Onun haqqında şahidlik verməkdir (Məzmur 83:18; Yeşaya 43:12).

  •   Biz həmçinin İsa peyğəmbərin haqqında tez-tez bəhs etdiyi Allahın Padşahlığı barədə öyrənmək üçün toplaşırıq (Matta 6:9, 10; 24:14; Luka 4:43).

 Biz sizi yaxınlığınızdakı Padşahlıq zalına baş çəkməyə və Yehovanın Şahidlərinin öz yığıncaqlarını necə keçirdikləri ilə tanış olmağa dəvət edirik.

a Oxşar ifadələrə növbəti ayələrdə rast gəlmək olar: 1 Korinflilərə 16:19; Koloslulara 4:15; Filimona 2, Kitabı Mukaddes.