Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Bəlkə, ayrılaq? II hissə

Bəlkə, ayrılaq? II hissə

 İlk öncə, münasibətlərinizi müzakirə etmək üçün münasib yer seçin. Bu, hara ola bilər?

 Belə vəziyyətdə özünü qarşı tərəfin yerinə qoy (Matta 7:12). Yəqin, istəməzdin ki, o, ayrılıq qərarını sənə başqalarının yanında desin.

 İstisna halları çıxmaq şərtilə, münasibətlərinizə son qoyduğunu telefon, avtocavablayıcı, mesaj və ya elektron poçt vasitəsilə demək heç də yaxşı olmazdı. Əksinə, belə ciddi məsələni müzakirə etmək üçün münasib vaxt və yer seç.

 Bu zaman nə deyəcəksən? Həvari Pavel məsihçiləri bir-birlərinə həqiqəti söyləməyə təşviq edirdi (Efeslilərə 4:25).

 Yaxşısı budur ki, nəzakətli, eyni zamanda qətiyyətli olasan. Nəyə görə onun sənə münasib olmadığını düşündüyünü aydın şəkildə izah et.

 Qarşı tərəfin bütün səhvlərini sadalamaq və ya onu tənqid atəşinə tutmaq lazım deyil. «Sən filan şey edirsən, filan şeyi heç vaxt etmirsən» deməkdənsə, «Mənə elə insan lazımdır ki...», ya da «Məncə, filan səbəbə görə münasibətimizə son qoymalıyıq» demək daha yaxşıdır.

 İndi zəif olmaq və ya təsir altına düşmək vaxtı deyil. Yadda saxla ki, sən ciddi səbəbə görə ayrılmaq qərarını vermişdin. Amma o, sənin fikrini dəyişdirmək üçün müxtəlif üsullara əl ata bilər. Gözünü dörd aç və yol vermə ki, nəsə sənin fikrini dəyişdirsin. Lori adlı bir gənc qadın deyir: «Əvvəllər görüşdüyüm oğlan bütün günü kefsiz gəzirdi.Məncə, o, qəsdən belə edirdi ki, mənim ona yazığım gəlsin. Ona baxanda ürəyim ağrıyırdı. Ancaq onun bu hərəkəti qərarımı dəyişmədi». Lori kimi, sən də nə istədiyini bil. Qərarında qəti ol. Qoy sənin «“xeyr” sözünüz xeyr olsun» (Yaqub 5:12).